Abşeron rayonunda fermada yanğın olub.
7news.az FHN-ə istinadən xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsində şəxsi mülkiyyət olan və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan fermanın dam örtüyü yanıb.
Fermanın ətrafında olan sahədə quru ot, taxta yonqarı da yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
7news.az








