“5 qəpiklik qiymətin yoxdur”… Keçmiş sevgilisinin atası tərəfindən bu sözləri eşidən gənc oğlan, seçdiyi intiqam planı ilə hər kəsi təəccübləndirib.
Hadisə Türkiyənin İzmir şəhərində baş verib. Əmrah adlı gənc, evlənmək planları qurduğu sevgilisi ilə arasında yaranan bəzi anlaşılmazlıqlara görə, ayrılmaq məcburiyyətində qalıb. Lakin heç cür bu ayrılıqla barışmaq istəməyən gənc oğlan, qızın atasının avtomobilinin təkərlərini patladaraq hirsini soyutmağa çalışıb.Bir müddət sonra etdiyi hərəkətə görə peşiman olub üzr istəsə də faydası olmayıb. Qızın atası “5 qəpiklik qiymətin yoxdur, yaxşı ki, qızım vaxtında əsl üzünü görə bildi”deyərək şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmədə uduzan Emraha, 1200 lirə cərimə kəsilib. Sevgilisinin atasının dediklərini heç cür ağlından çıxara bilməyən gənc, özünəməxsus şəkildə intiqam almaq qərarına gəlib. 1200 lirəni 5 qəpiklərə çevirən Emrah, pulu yaxın günlərdə məhkəmənin iştirakı ilə qarşı tərəfə ödəyəcək.
Məhkəmə gününü səbirsizliklə gözləyən Əmrah, qarşı tərəfin necə reaksiya verəcəyindən aslı omayaraq təzminatı 5 qəpiklərlə verəcəyində israrlıdır./atv
7news.az








