RU
Məhəmməd Baqeri Zakir Həsənovla danışıqlarda - FOTO
14:23
401

Məhəmməd Baqeri Zakir Həsənovla danışıqlarda - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Z.Həsənov yanvarın 16-da da M.Baqeri ilə görüşüb. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ