RU
Məhəmməd Əli ilə vida mərasiminə 14 min nəfər qatıldı
16:49
1550

Məhəmməd Əli ilə vida mərasiminə 14 min nəfər qatıldı

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində iyunun 9-da əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi keçirilib.
 
7News.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, vida mərasiminə dünyanın müxtəlif ölkələrindən onu sevən şəxslər qatılıb. 
 
Onunla vida mərasimi ilk dəfə peşəkar boksa başladığı və rinqə çıxaraq qələbə qazandığı “Freedom Hall” idman arenasında keçirilib.  
 
Mərasimdə məşhur boksçunun ailə üzvləri - Qızı Leyla Əli, kürəkəni Kurt Konvay, ikinci həyat yoldaşı Xəlilə Kamaco-Əli, dördüncü həyat yoldaşı Lonnie Əli və keçmiş həyat yoldaşı Veronika Porşe-Əli də iştirak ediblər.
 
Onunla vida mərasiminə ağır çəki üzrə dünya çempionları Don Kinq, Lennok Luis, Haşim Rəhman da qatılıblar. Təxminən 20 dəqiqə davam edən mərasimə 14 min insanın qatıldığı bildirilir.
 
Qeyd edək ki, Məhəmməd Əli ilə vida mərasimi bu gün də davam edəcək və o, mərasimdən sonra dəfn ediləcək./faktxeber.com
 
7News.Az
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ