RU
Məhəmməd Əlinin dəfni canlı
15:24
1776

Məhəmməd Əlinin dəfni canlı

Əfsanəvi boksçu Məhəmməd Əli iyunun 10-da doğma şəhəri Luisvilldə (Kentukki ştatı) dəfn olunacaq.

7News.Az-ın RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, idmançı ilə vida mərasimi açıq olacaq və internetdə yayımlanacaq.

İyunun 3-də Arizonada vəfat edən idmançının cənazəsi artıq Luisvillə çatdırılıb.

Boksçunun pərəstişkarları iki gündür, Əlinin anadan olduğu evin qarşısına gül gətirirlər. 

Bildirək ki, Məhəmməd Əli 1942-ci ildə ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində anadan olub. Əsl adı Kassius Marsel Kley olan idmançı islam dinini qəbul etdikdən sonra adını Məhəmməd Əli olaraq dəyişib.

Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-sında qələbə qazanıb və yalnız beş görüşdə məğlub olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ