RU
Məhəmmədrəsul Məcidov:
15:30
584

Məhəmmədrəsul Məcidov: "Növbəti döyüşdə də qalib gələcəyəm"

"Növbəti rəqibimin kim olacağını hələ ki, bilmirəm, amma inanıram ki, növbəti döyüşdə də qalib gələcəyəm".

7News.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarına Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov deyib.

Bəzi zədələrinin olduğunu deyən idmançımız yarışlara yaxşı hazırlaşdığını deyib: "Mənim zədələrim var idi, lakin buna baxmayaraq yarışlara yaxşı hazırlaşmışam. İnanıram ki, növbəti döyüşlərdə daha yaxşı çıxış edəcəyəm".

İdmançımız qalib gələcəyinə inandığını bildirib: "Məqsədim qalib gəlmək, Azərbaycana qızıl medal qazandırmaqdır. Fəxr edirəm ki, Azərbaycanı təmsil edirəm".

 

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ