RU
Məhərrəm İncə TRT əməkdaşlarını zaldan qovdu - VİDEO
15:28
665

Məhərrəm İncə TRT əməkdaşlarını zaldan qovdu - VİDEO

Türkiyədə keçirilən prezident seçkilərinə CHP-dən namizədliyini irəli sürən və 30,7% səslə ikinci olan Məhərrəm İncə mətbuat konfransı keçirib. 

7news.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, konfransın əvvəlincə İncə zalda TRT əməkdaşlarının olub-olmaması ilə maraqlanıb.

Ona TRT çəkiliş heyətinin zalda əyləşdiyini bildiriblər. Bu zaman İncə TRT əməkdaşlarının zalı tərk etməsini istəyib:

"TRT-ni bayıra çıxarın. Mitinqlərimi işıqlandırmadınız, burada iştirak etməməlisiniz”. 

Bundan sonra TRT əməkdaşları zaldan çıxarılıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ