RU
Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı - FOTOLAR
13:50
342

Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı - FOTOLAR

Adana məhkəmə binasının yanındakı İnönü Parkında əmiuşaqları arasında baş verən silahlı qarşıdurmada 2-si ağır olmaqla 4 nəfər yaralanıb.

7News.az DHA-ya istinadən xəbər verir ki, polis havaya atəş açarkən ətrafda böyük bir çaxnaşma yaşanıb.

Hadisə saat 10.30 radələrində qeydə alınıb. 

Parkda olan vətəndaşlar qaçmağa başlayarkən ərazidə olan polis qrupları hadisəyə müdaxilə ediblər. Havaya silahla atəş açan polis hər iki qrup üzvlərini saxlayıb.

Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılıblar, şübhəlilər nəzarətə alınıb.

7News.az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ