Bu ilin birinci yarısında Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 861,7 milyon manat olub.
7NEWS.Az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Cari ilin I yarımillyində funksional təsnifata görə dövlət büdcəsi xərclərinin strukturunda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 7,4 faiz təşkil edib. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və ya 65,4 milyon manat artaraq 861,7 milyon manat icra edilib.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 896,1 milyon manat proqnoza qarşı 96,2 faiz və ya 34,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,2 faizini təşkil edib.
7NEWS.Az







