RU
Məhkəmə Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərarı qüvvədə saxlayıb
20:00
365

Məhkəmə Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərarı qüvvədə saxlayıb

Minsk Şəhər Məhkəməsi bloger Aleksandr Lapşinin Belarus Baş Prokurorluğunun Azərbaycana ekstradisiya olunması barədə çıxardığı qərardan şikayətini təmin etməyib.

Şikayətə qapalı məhkəmə iclasında baxılıb.

İndi A.Lapşinin qərardan Ali Məhkəməyə şikayət etmək üçün 10 gün vaxtı var. Onun vəkili A.Lapşinin bu hüququndan istifadə edəcəyini bildirib.

A.Lapşin təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılır.
Xatırladaq ki, iki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Xatlırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ