Hazırda həbsdə olan MTN polkovniki Səlim Məmmədovun anası vəfat edib.

S.Məmmədovun anası Məryəm Məmmədova dünan axşam saatlarında dünyasını dəyişib.
S.Məmmədovun vəkili Cavid Rzazadə qafqazinfo-ya bildirib ki, müdafiə etdiyi şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinə və Bakı Hərbi Məhkəməsinin sədrinə rəsmi məktubla müraciət edib. S.Məmmədov tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlük iştirak etməsinə icazə verilməsini istəyib.
Vəkil qeyd edib ki, bu gün qeyri-iş günü olduğundan şifahi qaydada prokurorluğa və məhkəmə sədri Həbib Həsənova bununla bağlı müraciət edib. Məsələ ilə bağlı gün ərzində qərar veriləcəyi bildirilib.//qafqazinfo
7News.az








