RU
Məhkəmə zalında həbs edildi
18:00
476

Məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarını bıçaqlayan taksi sürücüsü Elşən Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Nuriyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst qalan E.Nuriyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Nuriyev müştəri üstündə digər taksi sürücüsü ilə mübahisə edib. Əlbəyaxa davada isə onu bıçaqlayıb./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ