Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclas prosesindən sonra qarşıdurma yaranıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin valideyinləri hakim vəsadəti təmin etmədiyi üçün və həkimlərin işə cəlb olunması tələbi ilə məhkəmə zalında qarışıqlıq yaradıblar.
Hakimlər zalı tərk edib. Bundan sonra qarışıqlıq yaradan şəxsləri zaldan çıxarmaq üçün məhkəmə nəzarətçiləri zala daxil olublar. Narazı şəxslər zaldan çıxardılıb.
Hazırda məhkəmənin həyətində təqsirləndirilənlərin valideyinləri ilə məhkəmə işçiləri arasında qarşıdurma müşahidə olunur. /trend
7News.Az








