RU
Məhkəmələr ictimaiyyətə açıq olacaq
23:50
975

Məhkəmələr ictimaiyyətə açıq olacaq

Martın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi ilə bağlı növbəti müzakirələr aparılıb.

Ucnoqta.az-ın məlumatına görə, komitə üzvü, millət vəkili Rafael Cəbrayılov layihəyə münasibət bildirərkən deyib ki, dövlət hakimiyyətinin spesifik və həssas qolu olan məhkəmə hakimiyyətinin fəalıyyəti haqqında informasiya əldə etməklə bağlı qanun Azərbaycan qanunvericiliyi üçün çox mühüm bir sənəddir. Çünki məhkəmələrdə mənafeləri və dünya baxışları müxtəlif olan insanlar üz-üzə gəlirlər: «Təbii ki, məhkəmə qərarı da əks olan mənafelərin hər ikisinin marağını ifadə edə bilməz. Sözsüz ki, belə olan halda da məhkəmə hakimiyyəti və konkret olaraq hakimlərdən narazılıqlar da öz əksini tapır. Bunu nəzərə alsaq, deməli, məhkəmələrin fəaliyyəti haqqında informasıyanın cəmıyyətə açıqlanması, məhkəmələrın fəaliyyətinin şəffaf şəkıldə məlumatlandırılması çox vacib məsələdir. Bu hal qanunun qəbul edilməsinin vacibliyini əhəmiyyətli dərəcədə artırır».
Rafael Cəbrayılovun sözlərinə görə, heç kimə sirr deyil ki, bu gün məhkəmə hakimiyyətindən çoxlu sayda vətəndaşın narazılıqları var: «Seçicilər tərəfindən mənə olunan müraciətlərin də bır qismi məhkəmələrlə bağlıdır. Bu qanun IV çağırışda 2-ci oxunuşdan keçib, indi isə Mıllı Məclısın plenar iclasına III oxunuşa tövsiyyə olunur. Qanunun qəbulu sözsüz ki, məhkəmələrin fəaliyyətinə müsbət təsir göstərəcək. Belə ki, qanunun tələbınə uyğun olaraq hakimlər və məhkəmə məmurları daha da məsuliyyətli olacaq. Nəzərə alsaq kı, bu gün keyfiyyətsız məhkəmə sənədlərinə də kifayət qədər rast gəlinir. Bu qanunun qəbulu tərtıb olunmuş məhkəmə sənədlərinin keyfiyyətinin də artılırmasına səbəb olacaq. Çünkı məhkəmələrın fəalıyyətı artıq ictimailəşdirilir. Düşünürəm ki, bu şəffaflıq təmin olunsa, qanunauyğun olaraq hər bir məhkəmə qəbul etdiyi qərarları rəsmi internet saytlarında yerləşdirərsə, ictımai nəzarət daha da artacaq və təbii ki, bu da məhkəmələrın fəaliyyətində müsbət məqamları artıracaq».
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ