RU
Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO
15:00
582

Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO

Qalmaqallı amerikalı reper və videobloqer, əsl ad və soyadı Belkalik Almanzar olan Kardi Bi yeni mahnısının videoklipini çəkdirir.

7News.Az TMZ-yə istinadən bildirir ki, 26 yaşlı reper soyunaraq bədənini pələng təki boyayıb, Mayami çimərliyində tverk göstərib.

Halbuki, çəkiliş günü o, Nyu-Yorkda məhkəmədə olmalı idi.

Hakim Kardi Biyə xəbərdarlıq edərək bildirib ki, əgər reper bir də məhkəmə iclasına qatılmasa, həbs ediləcək.

 

Kardi Bi Nyu-Yorkun Kuins səmtindəki "Angels" striptiz klubunda dava salıb. O, hücumda, adam döyməkdə, kiçik qanun pozuntusunda suçlanır.

Kardi Bi "Angels" striptiz-klubunda barmen işləyən iki bacı ilə dalaşıb. Reperin fikrincə, bu bacılar onun əri, reper Offseti tovlayaraq cinsi əlaqəyə sövq ediblər.

Olay bu ilin avqustun 15-də yaşanıb. Kardi Bi bacılarla bilavasitə dalaşmasa da, reperin cangüdənləri və onunla gəlmiş kişilər barmenlərə butulkalarla, kətillərlə hücum ediblər. Barmen bacılarla yanaşı, klubun iki işçisi də döyülüb.

 

Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO

Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO

Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO

Məhkəməyə getmək əvəzinə soyunub pozalar verdi - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ