Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında məhkumlar prezident seçkiləri ilə bağlı səsverməyə başlayıblar.
7news.Az xəbər verir ki, fəaliyyət göstərən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsində 8:00-da səsverməyə start verilib.
Məhkumlar onlara yaradılan şəraitdən istifadə edərək səsverməyə qatılıblar.
28 saylı Sabunçu seçki dairəsinin 38 saylı seçki məntəqəsində Bakı İstintaq Təcridxanasında da məhkumlar səs verirlər.
Bu məntəqədə 1067 məhkum səsverməyə qatılıb. Bu saata 400-ə yaxın məhkum səsvermədə iştirak edib.
7news.Az








