RU
Məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayətin qarşısı alınıb
19:25
125

Məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayətin qarşısı alınıb

Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs olunmuş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayət hadisəsinin qarşısı alınıb.

7NEWS.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsində deyib.
Hesabat dövründə məhkum və həbs edilmiş şəxslər, görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşların üzərindən ümumilikdə 193 min 371 qram narkotik və psixotrop maddələr, 47 mobil telefon aşkarlanaraq götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ