Bakı Ağır Cinayətlər Məhkəməsində məhlələrinə qızla gələn şəxsi qətlə yetirən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qızı yola salan və onu öpən 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb./qafqazinfo
7news.Az








