"Həm radikal müxalifət, həm də xaricdə fəaliyyət göstərən bəzi xarici təşkilatlar Mehman Hüseynovdan çox məharətli istifadə edirdi. Hər kəs bilirdi ki, Mehman düşüncə və ağıl baxımından da geridə qalmış bir uşaqdır. Belə bir adamdan yalnız öz məqsədlər üçün çox məharətlə yaranırdılar". Bunu sia-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Mehmanı Azərbaycan mətbuatının jurnalisti kimi təqdim etmək çox böyük səhvdir və həm də ölkəmizdə uzun illərdi mətbuat sahəsində canını qoyan və bu yolda həyatını həsr edən əsl jurnalistlərə təhqirdir: "Mehmana jurnalist adını da bilərəkdən qoyublar. Məqsəd də Azərbaycan dövlətinə təzyiq yolunu genişləndirməkdir. İki gün bundan qabaq mətbuat vasitəsi ilə xəbər tutdum ki, bir neçə ay bundan qabaq özünü mətbuatın ağsaqqalarından sayan Turan İnformasiya agentliyinin rəhbəri olan Mehman Əliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu İctimai Birliyində özünə Mehman Hüseynovu sədr seçib. Artıq bu o deməkdir ki, mətbuatımızı yaman günə qoymaq istəyirlər. Bunu da edənlər xüsusən Azərbaycanın milli maraqlarını sevməyən qüvvələrdir".
Mehman Hüseynovun fəaliyyətinə gəldikdə isə, məncə, o bilərəkdən saxta videolar çəkib yaymaqla məşğul idi. Onun əsas məqsədi ölkəni tərk etmək idi. Fikirləşirdi ki, yalan və iftira atmaqla ölkədən çıxa biləcək. Ancaq qeyd etdiyim kimi, həm radikal müxalifət və onun tərəfdarları, həm də xarici qüvvələr Mehmandan kifayət qədər istifadə edirdi. Mehman unutdu ki, böhtan və şər atmaq cinayət məsuliyyəti daşıyır və öz əməlinin cavabını da aldı”.
7News.az







