Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 26-da Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşüb.
Görüşdə Mehriban Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb.
Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib.
7news.az








