RU
Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi ölkəmiz üçün növbəti tarixi uğurdur
13:14
993

Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi ölkəmiz üçün növbəti tarixi uğurdur

Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 21-də Birinci Xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncamı Azərbaycan xalqının növbəti tarixi uğuru kimi qəbul etmək həqiqətə tam uyğun olar. Çünki indiyədək ölkəmizin inkişafı naminə həyata keçirilən ictimai-siyasi fəaliyyətdə Mehriban xanımın rolu az olmamışdır.

Mehriban xanım Əliyeva öz savadı, bacarığı və digər üstün şəxsi keyfiyyətləri ilə daim cənab prezidentimizin ən böyük dəstəkçisi olmuşdur. Nəticədə isə əhalinin rifah halı daha da yaxşılaşdırılmış, həmçinin, beynəlxalq nüfuzumuz və dünya ölkələrində dostlarımızın sayı artmışdır. İlk Avropa Oyunları kimi böyük bir yarışın məmləkətimizdə təşkil edilməsinin arxasında məhz birinci xanımımızın yorulmaz əməyi dayanır. "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır” kimi müdrik fikrə sahib olan Mehriban Əliyeva hər zaman humanizm prinsiplərinə riayət etmiş, xeyli sayda əhəmiyyətli sosial layihələrə rəhbərlik etmişdir. Bu və digər əsas səbəblərə görə Mehriban xanımın sözügedən vəzifəyə təyin olunması gözlənilən idi.

Yeni Azərbaycan Partiyasının(YAP) bir gənc üzvü olaraq, yeni təyinatın tezliklə özünü doğruldacağına çox inanıram. Əminəm ki, inşallah, qarşıda bizə yeni və böyük qələbələr qismət olacaq. Əlbəttə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bundan sonrakı fəaliyyəti dövründə də Ulu Öndərimizin əziz ruhuna dərin ehtiram, həyat yoldaşı, cənab Prezidentimizə qarşı yüksək sevgi və xalqına sadiqlik əlaməti olaraq dövlətçiliyimizi, müstəqilliyimizi qoruyacaqdır. Bu, danılmazdır.

 

Mehti Namazov,

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin fəalı,

İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri

 

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ