RU
Məkkədə faciə: Ölənlərin sayı 52-yə çatdı -
22:39
2019

Məkkədə faciə: Ölənlərin sayı 52-yə çatdı -

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

7news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Əl-Ərəbiya” telekanalı xəbər verib.

Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.

Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.

21:14

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

7news.az-ın APA-ya məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, dağıntılar altında qalanlar da var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

20:16

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

7news.az xəbər verir ki, APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər.

Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ