RU
Məkkədə otel yanğını — 600 nəfər təxliyyə edildi
16:31
326

Məkkədə otel yanğını — 600 nəfər təxliyyə edildi

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki otellərin birində yanğın başlayıb.

Yanğın səbəbindən 600 nəfər təxliyyə edilib. İnsident Məkkə şəhərinin Əl-Əziziyə rayonunda baş verib.

Məlumata əsasən səkkizinci mərtəbədəki kondisionerin xarab olması yanğınla nəticələnib. Oteldə qalanların böyük əksəriyyəti Türkiyə və Yəmən hacılarıdır. Onlar müqəddəs həcc ziyarəti üçün Məkkəyə təşrif buyurublar.

Qeyd edilir ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ