RU
Məkkədə yeni faciə: 150 nəfər həlak oldu, 400 nəfər yaralandı
14:03
1658

Məkkədə yeni faciə: 150 nəfər həlak oldu, 400 nəfər yaralandı

Basabas Kəbədən kənarda, Məkkə şəhəri yaxınlığındakı Mina dağının ətəklərində olub.

Hazırda Məkkədə 2 milyona yaxın zəvvar var.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyindən verilən məlumata görə, dəhşətli basabasda həlak olanların sayı arta bilər.

The Express Tribune bildirir ki, basabas Şeytanın daşlanması mərasimində yaranıb.

Xatırladaq ki, Məkkədəki Məscid əl Haramda qaldırıcı kranın yerə düşməsi nəticəsində 134 nəfər həlak olmuşdu.

Daha sonra Məkkədəki otellərdən birinin 15-ci mərtəbəsində yanğın olmuş, 4 yəmənli zəvvar ağır yaralanmışdı.

Bu gün isə Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbə ətrafındakı təvafa tələsən zəvvarlar arasında çox böyük basabas yaranıb.

Basabasda 150 nəfər həlak olub, 400 nəfər yaralanıb./milli

7news.az canlı yayımı təqdim edir:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ