RU
Meksika həbsxanasında qanlı üsyan — 13 ölü
16:20
296

Meksika həbsxanasında qanlı üsyan — 13 ölü

Meksikada bir həbsxanada üsyan baş qaldırıb.

7news.Az xəbər verir ki, insident Nuevo-Leon ştatının Kadereyta şəhərində baş verib. Həbsxanada dustaqlar nəzarətçiləri girov götürüblər.

Polis cinayətkarlarla danışıqlar aparıb və girovların azad edilməsinə nail olmaq istəyib. Amma sonradan güc strukturları hücuma keçmək məcburiyyətində qalıblar.

Xüsusi əməliyyat nəticəsində 13 dustaq qətlə yetirilib. 8 nəfər xəsarət alıb. Onlardan biri polis əməkdaşıdır. Yaralanan polisin vəziyyəti ağırdır.
Ştatın təhlükəsizlik xidmətinin nümayəndəsi Aldo Fassi bildirib ki, üsyanın səbəbi həbsxana daxilindəki cinayət qruplaşmaları arasındakı qarşıdurmadır.

Hazırda vəziyyət nəzarət altındadır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ