RU
Meksika meri timsahla evlənib
10:02
49

Meksika meri timsahla evlənib


7NEWS.az xəbər verir ki, Meksikanın Oaxaka ştatında yerləşən San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa Qarsiya xalqına şans, bolluq və firavanlıq gətirmək üçün timsah Alisiya Adriana ilə evlənib. Musiqi və rəqslərin müşayiəti ilə şənlik şəraitində keçən toya şəhər əhalisi böyük maraq göstərib. Toydan əvvəl timsah Alicia Adriana gəlinlik geyinib və təhlükəsizlik üçün ağzı bağlandıqdan sonra San Pedro Huamelula küçələrində parad edilib. Şəhər sakinləri ilə rəqs edən timsah nəhayət ki, toy üçün meriyaya gətirilib. Burada timsahla meri Qarsiya arasında toyu şəhərin tanınmış dini lideri keçirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ