7NEWS.az xəbər verir ki, Meksikada quraqlığın yaşandığı 15 ştatda 58 meşə yanğını baş verib. Meksika Milli Meşə Komissiyasının (CONAFOR) verdiyi açıqlamada, indiyədək 58 aktiv yanğında 1421 hektardan çox meşə sahəsinin külə çevrildiyi bildirilib. Söndürmə işlərinə 2 min 85 yanğınsöndürən qatıldığı bildirilib. Bəzi rayonlarda yanğınlar evlərə keçərkən, fermalarda heyvanlar tələf olub.
7NEWS.az








