Bazar ertəsi Meksikanın cənubundakı Gerrero ştatında silahlılar azı 13 yerli polis əməkdaşını öldürüblər.
Bu barədə "Reuters”ə ştatın hökumətindən bildirilib.
Mənbənin məlumatına görə, ölənlər arasında Koyuka-de-Benites şəhərinin təhlükəsizlik xidmətinin rəisi də var.








