RU
Meksikada 18 ildə 138 jurnalist öldürüldü, 21-i… - DƏHŞƏTLİ STATİSTİKA
12:40
268

Meksikada 18 ildə 138 jurnalist öldürüldü, 21-i… - DƏHŞƏTLİ STATİSTİKA

2000-ci ildən Meksikada 138 jurnalist öldürülüb.

7news.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli insan hüquqları üzrə komissiyası bildirib.

Komissiyanın məlumatına görə, KİV-in daha 21 əməkdaşı 2005-ci ildən xəbərsiz itib.

Daha əvvəl Milli Statistika İnstitutunun açıqladığı məlumata görə, 2017-ci ildə ölkədə qeydə alınan qətllərin sayı demək olar ki, 31,2 min təşkil edib.

Son illərdə ABŞ-a kokain tranziti üzərində nəzarət uğrunda narkokartellər arasında baş verən qarşıdurma nəticəsində Meksikada zorakılıq dalğası genişlənib. Bu ilin əvvəlindən Meksikada demək olar ki, 16 min insan öldürülüb. Bu, 2017-ci ilin birinci yarısının analoji göstəricilərindən 18 faiz yuxarıdır.


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ