RU
Meksikada 4 ayda həddindən artıq istilər nəticəsində 249 nəfər ölüb
16:10
142

Meksikada 4 ayda həddindən artıq istilər nəticəsində 249 nəfər ölüb


Meksikada son aylarda təsirli olan yandırıcı istilər səbəbilə 4 ayda 249 nəfər həyatını itirib. 

7NEWS.az xəbər verir ki, Meksika Səhiyyə Nazirliyi ölkədə iqlim dəyişikliyi səbəbiylə həddindən artıq istilər səbəbindən insan itkisi ilə bağlı hesabat yayıb. Məlumata görə, Meksikada iyunun sonunda termometrlər təxminən 45 dərəcə Selsi göstərdiyi halda, 19 mart-22 iyul tarixləri arasında normadan yüksək temperatur səbəbindən 249 nəfər ölüb. 

Ən çox can itkisi 100 nəfərlə Nuevo Leon əyalətində müşahidə edilərkən, ölümlərin 92,4%-i istilik vurması, qalanı isə susuzluq səbəbindən baş verib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ