Meksikada qrip epidemiyasından ölənlərin sayı 84 nəfərə çatıb.
7News.az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Virusların yayılması ilə əlaqədar bir çox özəl uşaq bağçaları və məktəblərdə dərslər müvəqqəti olaraq dayandırılıb.
Epidemiya əsasən Mexiko, Xalisko, Tlaslala, Puebla ştatlarını və paytaxtı əhatə edib.
Qeyd edək ki, ötən ilin oktyabrından Meksikada qripdən ölənlərin sayı 182-yə çatıb. Son altı ayda ölkədə 140 nəfər “donuz qripi”ndən A(H1N1) ölüb.








