Meksikanın Kintana-Roo ştatının Playa-del-Karmen kurort şəhərində "Las Virginias” barına edilən silahlı hücum nəticəsində yeddi nəfər həyatını itirib.
7News.Az xəbər verir ki, bu haqda "Heraldo de Mexico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, insident bazar günü yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 05:00, bazar ertəsi) baş verib. Bir neçə silahlı şəxs bara daxil olaraq, müştəriləri atəşə tutub. Cinayəti törətdikdən sonra silahlılar avtomobillərə minərək hadisə yerini tərk edib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və təhlükəsizlik qüvvələri cəlb olunub. Cinayətkarların axtarışı aparılır.
7News.Az








