RU
Meksikada bir şəhərin bütün polisləri həbs edildi
16:25
452

Meksikada bir şəhərin bütün polisləri həbs edildi

Meksikanın Quanaxuato ştatının Okampo şəhərinin bütün polis əməkdaşları həbs edilib. Onlar siyasətçi Fernando Anxeles Xuanresin ölümündə şübhəli bilinir. 

7news.Az xəbər verir ki, bununla bağlı REN TV məlumat yayıb. 

Qeyd edilib ki, mer postuna namizəd iyunun 21-də güllələnib. O, Demokratik İnqilab Partiyasının üzvü olub. 

"Independent” qəzetinin məlumatına görə, şəhər ictimai təhlükəsizlik şöbəsinin rəhbərinin cinayətlə bağlılığı olub. Qalan polislər isə davranış kodekslərini pozublar.

Hazırda ştat rəhbərliyi araşdırmaları davam etdirir. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ