RU
Meksikada jurnalisti döyərək öldürdülər - Bu, 6-cıdır
11:04
261

Meksikada jurnalisti döyərək öldürdülər - Bu, 6-cıdır

Meksikada daha bir jurnalist ölümü qeydə alınıb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ektor Qonsales Antonio Syudad-Viktoriya şəhərində küçənin ortasında döyülərək qətlə yetirilib. "İmagen" media-qrupunun əməkdaşı olan Antonionun faciəvi ölümünün araşdırılması üçün polis istintaqa başlayıb.

 

Qeyd edək ki, 2017-ci ildə Meksikada 12, bu ilin əvvəlindən isə 6 jurnalist qətlə yetirilib. Son 8 ildə Meksikada öldürülən jurnalistlərin sayı isə 76-dır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ