RU
Meksikada kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında münaqişə baş verib
15:10
24

Meksikada kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında münaqişə baş verib


7NEWS.az xəbər verir ki, Meksikanın şimalındakı Sonora əyalətinin paytaxtı Hermosilloda magistral yolda təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında qarşıdurma baş verib. Sinaloa kartelinə bağlı Los Cazadores bandasının üzvləri həbs edilmiş kartel qatili İsa Humbertonun oğlu Karlos Humbertonu xilas etmək üçün təhlükəsizlik qüvvələrinə atəş açıblar. Sonora Dövlət Prokurorluğundan verilən açıqlamada təhlükəsizlik qüvvələri ilə banda arasında baş verən qarşıdurmada 12 kartel üzvünün öldüyü, 2 təhlükəsizlik qüvvəsinin isə yaralandığı bildirilib. Açıqlamada xəstəxanaya yerləşdirilən təhlükəsizlik qüvvələrinin vəziyyətinin stabil olduğu, münaqişədə yaralanan ən azı 7 kartel üzvünün hadisə yerindən qaça bildiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ