RU
Meksikada meşə yanğını baş verib
17:15
308

Meksikada meşə yanğını baş verib


7NEWS.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Milli Meşə Komissiyası (Conafor) 9 fərqli nöqtədə meşə yanğınlarının başladığını və yanğınları söndürmək üçün 288 məmurun dayanmadan çalışdığını açıqlayıb. Conafor, alovların 7 min 451 hektar sahədə təsirli olduğunu və bu günə qədər aparılan işlər ilə bəzi bölgələrdə yanğının yarıya qədər azaldığını ifadə etdi. Digər tərəfdən, Meksikanın Hidalqo və Verakruz əyalətlərində bir müddət əvvəl başlayan yanğınlar azalsa da, hələ də tam nəzarət altına alınmayıb. Bölgədə helikopter və yanğınsöndürən təyyarələrin işi davam edir. Conafor bu ştatlarda meşə yanğınları nəticəsində 40 min hektardan çox ərazinin zərər gördüyünü bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ