RU
Meksikada neft zavodunda partlayış: 3 ölü, 40 yaralı
10:23
851

Meksikada neft zavodunda partlayış: 3 ölü, 40 yaralı

Meksikanın Verakrus ştatında neft zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

7News.Az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə insan ərazidən təxliyə olunub.

Verakrus ştatının ictimai təhlükəsizlik naziri Arturo Bermudesin sözlərinə görə, yanğınsöndürənlər yanğını  nəzarət altına ala biliblər.

Son məlumatlara əsasən, Meksikanın Verakrus ştatında neft zavodunda baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

7News.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Pemex” neft-qaz şirkətinin açıqlamasında bildirilir.

“Dəqiqləşdirilmiş məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 30-a çatıb”, şirkətdən bildiriblər.

***

Meksikada neft zavodunda partlayış baş verib.

7News.Az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 3 fəhlə xəsarət alıb.

Müəssissənin “Petroquímica Mexicana de Vinilo” şirkətinə məxsus olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ