RU
Meksikada Popocatepetl vulkanında 7 püskürmə baş verib
15:13
25

Meksikada Popocatepetl vulkanında 7 püskürmə baş verib


7NEWS.az xəbər verir ki, Meksikada Popokatepetl vulkanında son 24 saat ərzində 7 püskürmə baş verib. Partlayışlar ətrafdakı bəzi yaşayış məntəqələrində külə səbəb olub.

Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) Popocatepetl vulkanının fəaliyyətləri ilə bağlı dərc etdiyi gündəlik hesabata görə, son 24 saatda 7 yeni püskürmə, 235 qaz və kül çıxışı qeydə alınıb.

Məlumatda vulkanın ağzından çıxan külün küləyin təsiri ilə şimal-şərqə doğru yayıldığı bildirilərkən, bölgənin bəzi yaşayış məntəqələrində xeyli miqdarda kül yağıntısı müşahidə olunub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ