Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun şarampole yuvarlanması nəticəsində 27 nəfər ölüb, 17 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Meksikanın Oaxaka ştatının Tlaksiako şəhəri yaxınlığında sərnişin avtobusu şarampole yuvarlanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım qrupu göndərilib. Oaxaca Ştat Baş Prokurorluğundan verilən açıqlamada qəzada 27 nəfərin öldüyü, 2-si ağır olmaqla 17 nəfərin yaralandığı bildirilib.
7NEWS.az








