Meksikanın Nuevo-Leon əyalətində prezidentliyə namizəd Maynezin mitinqi zamanı səhnədəki nəhəng metal ekran insanların üzərinə düşüb və səhnənin damı uçub. Hadisə nəticəsində 9 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, prezident seçkiləri öncəsi namizədlərdən biri Xorxe Alvares Maynezin mitinqində səhnədəki nəhəng metal ekranın insanların üzərinə düşməsi və səhnənin damının uçması nəticəsində ilkin məlumatlara görə 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
7NEWS.az








