7NEWS.az xəbər verir ki, Meksikanın Cuernavaca şəhərində silahlı basqınçılardan ibarət karvan küçədə bir qrupa atəş açıb və bir nəfəri qaçırmağa cəhd edib. Hadisədən sonra şəhərin müxtəlif yerlərində polislə qruplaşma arasında qarşıdurma yaranıb. Cuernavaca təhlükəsizlik bölməsindən verilən açıqlamada dünən baş verən hadisədə 2-si polis olmaqla 9 nəfərin həyatını itirdiyi bildirilib. Münaqişədə yaralanan 2 polis əməkdaşının xəstəxanaya aparıldığı bildirilib.
7NEWS.az








