RU
Meksikada son 15 ildə ən böyük neft yatağı aşkarlanıb
12:10
597

Meksikada son 15 ildə ən böyük neft yatağı aşkarlanıb

Meksika prezidenti Enrike Penya Nyeto bəyan edib ki, ölkə ərazisində son 15 ildə ən böyük neft yatağı aşkarlanıb.

7news.Az-ın xəbərinə görə, bu barədə Channel NewsAsia telekanalı məlumat yayıb.

Dövlət başçısı dəqiqləşdirib ki, neft yatağı Verankus ştatında Pemex şirkəti tərəfindən tapılıb.

Yeni neft yatağı "İksaçi-1” (Ixachi-1) adı alıb. "İksaçi-1”in böyük iqtisadi əhəmiyyəti var, belə ki, o, artıq işlənilmiş infrastrukturun yanında yerləşir. 

Ekspertlər hesab edirlər ki, "İksaçi-1”də 1,5 milyarda barel həcmində neft ehtiyatı var. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ