7NEWS.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Xalisko əyalətindən yola çıxan avtobus San Luis Potosi-Guadalajara magistral yolunda uçuruma düşüb. Qəzada 10 turist həyatını itirib, bəziləri ağır olmaqla 18 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az








