7NEWS.az xəbər verir ki, Meksikanın qərbindəki Xalisko ştatında yağışlar sel fəlakətinə səbəb olub. Suyun səviyyəsinin qalxdığı El Jalokotedə çayın daşması nəticəsində yaşayış məntəqələri su altında qalıb. Yollara və evlərə böyük ziyan dəyib. Xalisko əyalət hökumətindən verilən açıqlamada 8 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.
7NEWS.az








