RU
Meksikanı tropik qasırğa vurub
16:20
32

Meksikanı tropik qasırğa vurub


7NEWS.az xəbər verir ki, "Alberto" tropik qasırğası Meksikanın körfəz sahillərini vurub. Atlantik qasırğası mövsümünün ilk fırtınası olan "Alberto" tropik qasırğası Meksikanın şimal-şərqində ABŞ sərhədinə yaxın ərazilərdə güclü yağışa səbəb olub. ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, Meksikadan 217 km şərqdə yerləşən Tampiko limanında təsirli olan tropik fırtınada küləyin sürəti saatda 80 kilometrə çatıb. NHC öz açıqlamasında qasırğanın təsirinin arta biləcəyi barədə xəbərdarlıq edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ