RU
Meksikanın Azərbaycandakı səfiri MDU-nu ziyarət edib
12:08
971

Meksikanın Azərbaycandakı səfiri MDU-nu ziyarət edib

Mingəçevirə səfərə gələn Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo LabardininiMingəçevir Dövlət Universitetində rektor Akif Hacıyev qarşılayıb. Akif Hacıyev Mingəçevir Dövlət Universiteti haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, burada 11 ixtisas üzrə - əsasən pedaqoji, iqtisadi, sənayenin təşkili, ekologiya, informasiya texnologiyaları, nəqliyyat, maşınqayırma, elektroenergetika, istilik energetikası, kompyuter elmləri ixtisasları üzrə bakalavr təhsili verilir. Növbəti tədris ilindən isə turizm və otelçilik, maliyyə, mühasibat uçotu, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarə edilməsi ixtisasları üzrə də kadr hazırlığına başlayacağıq. Eyni zamanda növbəti tədris ilindən digər mərhələlər - magistr pilləsinə başlayacağıq. Doktorantura pilləsinin də açılması üçün təşkilati məsələrin həlli istiqamətində işlər aparılır. Rektor Akif Hacıyev qeyd edib ki, Biz Almaniya və Hollandiya universitetləri ilə “TEMPUS” layihəsi çərçivəsində əməkdaşlıq etmişik. Hazırda Avropa Birliyinin maliyyə dəstəyi ilə təşkil edilən Erasmus Mundus layihəsi çərçivəsində İNFİNİTY proqramı üzrə Çexiyanın Ostrava Texniki Universiteti ilə əməkdaşlığımız davam etdirilir. A.Hacıyev bildirib ki, 24 il Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərmişik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə institutun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb və uyğunlaşdırılmış binada yerləşir. Yaxın illərdə universitet şəhərciyinə köçəcəyimizi düşünürük.
Səfir Xuan Rodrigo Labardini deyib ki, Meksikada Azərbaycanla əməkdaşlıq etmək istəyən ali məktəblər var. Müəllim və tələbə mübadiləsi etmək mümkündür.
Görüş zamanı Meksikanın turizm imkanlarından danışan səfir deyib ki, Meksika dünyada turizm üzrə ən inkişaf etmiş ölkələrdən biridir. “Meksikada “Möcüzələr şəhəri” var. Burada turizmin müxtəlif sahələri birləşib... İncəsənəti, mədəniyyəti, kulinariyası sizin üçün maraqlı ola bilər. Biz sizə bu sahədə çox şey öyrədə, təcrübəmizi sizinlə bölüşə bilərik. Əsas məqsədimiz oxşar və fərqli cəhətlərimizi axtarıb onların üzərində işləməkdir”.
Səfir onu da vurğulayıb ki, Meksika Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edə bilər, eləcə də Mingəçevirlə əlaqələr qura bilər: “Ölkələrimiz arasında o qədər də geniş olmayan ticarət əlaqələrini inkişaf etdirmək üçün hər iki tərəfin böyük imkanları var. 
Görüşün sonunda səfir Xuan Rodrigo Labardini kütləvi informasiya vasitələri əməkdaşlarının suallarını cavablandırıb.

7news.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ