Meksikanın paytaxtı Mexiko şəhərinin polis kəşfiyyatının rəisi küçədə silahlı hücum nəticəsində həyatını itirib.
7NEWS.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Mexiko polisinin kəşfiyyat rəisi Milton Morales Figueroa paytaxtın şimalındakı Koakalko qəsəbəsində alış-veriş edərkən hücuma məruz qalıb. Hücum zamanı kürəyinə 3 güllə dəyən 40 yaşlı Fiqeroa hadisə yerində dünyasını dəyişib.
7NEWS.az








