RU
Məktəb binasından yıxılan şagird Bakıya gətirildi - YENİLƏNİB
13:50
187

Məktəb binasından yıxılan şagird Bakıya gətirildi - YENİLƏNİB

İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.

Kəllə beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

10:38

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.
Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ