Məsələ ilə bağlı H.Z.Tağıyev adına 123 saylı orta məktəbin direktoru Səba Həsənova Bakı Şəhər Təhsil İdarəsinə məktub ünvanlayıb.
Bu barədə adıçəkilən idarədən məlumat verilib.
Məktubda müəllimənin şagirdini təhqir etmədiyi bildirilib: "123 nömrəli tam orta məktəbin 3 C sinif şagirdi Rufullazadə Kənana sinif müəlliməsi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub. Müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib".//teleqraf
7News.az








