Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə başlanılıb.
Nazirlikdən verilən məlumata görə, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.
Esse yazmaq üçün də proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompyuter vasitəsilə qeyd edə bilirlər. İnformasiya-kommunikasiya texnologiyaları bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılır. İmtahanlar üç gün (bazar günü də daxil olmaqla) davam edəcək.
İmtahanın nəticələri aprelin 18-də məlum olacaq./xezerxeber.com
7News.Az








